Qardabani sakini Qara Musayevin sizin köməyinizə ehtiyacı varbackend

Qardabani sakini Qara Musayevin sizin köməyinizə ehtiyacı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

34 yaşlı Qara Musayev 10 ildir ki, ürək xəstəliyindən əziyyət çəkir. Həkimlərin sözlərinə görə, 6-7 ay ərzində Qara Musayev ürək köçürülmə əməliyyatı olmalıdır, əks təqdirdə onun digər orqanları da zərər görəcək və xəstənin vəziyyəti daha da ağırlaşacaq. Sözügedən əməliyyatın isə Gürcüstanda olmadığını, Belarusiyaya getməli və orada əməliyyat edilməli olduğu deyirlər. Əməliyyat üçün həkimlərin 135.000 dollar tələb etdiyini deyən Qara Musayevin anası imkanlarının olmadığını və bütün imkanlı şəxslərdən kömək istədiyini deyir.

Bizimlə söhbəti zamanı Məleykə Musayeva bildirib ki, 10 il ərzində bir neçə dəfə əməliyyat olunmasına baxmayaraq, oğlu sağalmayıb. Artıq son 7 aydır ki, vəziyyəti dahada ağırlaşan Qara Musayevin dərmanlarını almağa belə imkanlarının qalmadığını deyir.

Musayevin sağalması üçün yeganə yol onun xaricə aparılması və orada əməliyyat olmasıdır. Ailəsi isə tələb olunan vəsaitin qarşılanması üçün xalqımızdan kömək istəyir:

TBC BANK
მალეიკა მუსაევა Maleika Musaeva – 12001032776
GE02TB7237945064300040

BANK OF GEORGIA
მალეიკა მუსაევა Maleika Musaeva – 12001032776
GE55BG0000000541621242

CREDO BANK
მალეიკა მუსაევა Maleika Musaeva – 12001032776
GE14CD0360000033269757