Qardabanidə iki partiya fəalları arasında qarşıdurma baş veribbackend

Qardabanidə iki partiya fəalları arasında qarşıdurma baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda, Qardabani bələdiyyəsinin Kosalı kəndində “Vahid Milli Hərəkat” və “Gürcü Arzusu” nun fəalları arasınsa qarşıdurma yaşanıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

“VMH” fəalları və yerli sakinlər kənddəki məktəbin problemi ilə bağlı əraziyə toplaşaraq aksiya keçirdikləri zaman “Gürcü arzusu”nun fəallarının hücumuna məruz qalıblar.

“VMH”nın Qardabani Bələdiyyə Məclisinin deputatı, Akif İsmayılovun sözlərinə görə, onlara hücum edənlər arasında “Gürcü Arzusu”nun bələdiyyə deputatları, həmçinin Kosalı kənd üzrə majoritar deputat da olub.

Bildirilib ki, “VMH” fəalları Kosalı kənd məktəbinin özəlləşdirmə siyahısına salınmasına etiraz ediblər.