Qardaşı arvadını qətlə yetirən şəxs saxlanıldıbackend

Qardaşı arvadını qətlə yetirən şəxs saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstsnın Kaspi şəhərundə baş verən qətllə bağlı polis bir nəfəri saxlayıb.

İnterpress.az xəbər verir ki, hadisə barədə Daxili İşlər Nazirliyi məlumat verib.

Məlumata görə, kişi qardaşının arvadını ov tüfəngi ilə başından vuraraq qətlə yetirib.

“Daxili İşlər Nazirliyinin Şida Kartli Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1940-cı il təvəllüdlü cinayətkar G.G.qəsdən adam öldürmə maddəsi ilə saxlanılıb”- məlumatda bildirlib.

İstintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs Kaspidə qardaşının həyat yoldaşı, 1949-cu il təvəllüdlü L.N.-ni qarşılıqlı mübahisə zəminində ov tüfəngindən açdığı atəşlə qətlə yetirib.

Cinayətkar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Sübut kimi hadisə yerindən cinayət silahı götürülüb.

“Qəsdən adam öldürmə faktı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə cinayət işi başlanılıb. Cinayətkar 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq” – deyə bildirilib.