Qaya parçası olduğunu zənn etdi, 12 kq-lıq göbələk çıxdıbackend

Qaya parçası olduğunu zənn etdi, 12 kq-lıq göbələk çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə qaya parçası olduğunu ehtimal edib tapdıqlarının sonradan 12 kq-lıq göbələk olması məlum olub.

İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Sivasın Doğanşar rayonunda qeydə alınıb.

Belə ki, gəzintiyə çıxan iki dost 12 kilo 320 qram göbələk tapıb.

Sivasın Doğanşar rayonunda qayaya oxşayan təxminən 13 kilo ağırlığında nəhəng göbələk görənləri heyran edib.

Sivasın Doğanşar rayonunda yaşayan İlker İncir və İsmail Balık adlı iki dost gəzintiyə çıxmaq üçün Tekeli dağına gediblər.

Gəzinti zamanı fərqli bir qaya tapdıqlarını zənn edən iki dost yaxınlaşdıqda obyektin nəhəng göbələk olduğunu anlayıblar.

Göbələk çıxaran iki dost göbələk çəkisi çəkəndə ikinci dəfə məəttəl qalıblar. Tərəzidə çəkilən nəhəng göbələyin çəkisi 12 kilo 320 qram olub.