Qazaxıstanın şərqindəki Abay vilayətində iyunun 8-də baş verən meşə yanğını ilə mübarizə 7-ci günündə davam edir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, yanğına havadan və qurudan müdaxilə edilir.
Səhər saatlarına olan məlumata görə, yanğın ərazisinə havadan 640 ton su buraxılıb və mübarizə 4 istiqamətdə davam edir.
Nazirlik yanğının yaşayış məntəqələrinə keçmə riskinin olmadığını açıqlayıb.
Digər tərəfdən, meşə yanğınında həyatını itirənlərin ailələri və yanğın bölgəsindən təxliyə edilənlər üçün yardım kampaniyaları başladılıb.
İyunun 8-də Semey meşəsində yanğın baş verib və alova ilk müdaxiləni edən 14 meşə işçisi həyatını itirib.
İyunun 12-də işçilər üçün “Ümumxalq Hüzn Günü” elan edilib.