Qazaxıstan hərbi attaşe köməkçisinin Polşada saxlanıldığını TƏSDİQLƏDİbackend

Qazaxıstan hərbi attaşe köməkçisinin Polşada saxlanıldığını TƏSDİQLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan MN Polşadakı hərbi attaşe aparatının əməkdaşının saxlanıldığını təsdiqləyib.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Bildirilir ki, Qazaxıstan Müdafiə Nazirliyi Polşada ölkənin hərbi attaşesinin aparatında çalışan əməkdaşın saxlanıldığını təsdiqləyib.

Müdafiə qurumu bildirib ki, hazırda vəziyyətin həlli üçün xarici tərəflə qarşılıqlı əməkdaşlıq aparılır.

Avqustun 11-də KazTAG öz mənbələrinə istinadən xəbər verib ki, Qazaxıstanın Ukraynadakı səfirliyindəki hərbi attaşesinin köməkçisi Polşada casusluqda şübhəli bilinərək həbs edilib.

Avqustun 1-də Polşa xüsusi xidmət orqanlarının nazir-koordinatoru Tomaş Siemonyak məlumat verib ki, Polşa xüsusi xidmət orqanları keçmiş SSRİ-nin Asiya respublikalarından birinin vətəndaşını “kəşfiyyat fəaliyyəti apardığına” görə saxlayıblar; məhkəmənin qərarı ilə şəxs 3 ay müddətinə həbs edilib.

Bu barədə bir qədər əvvəl Polşanın Baş naziri Donald Tusk məlumat verib. Onun sözlərinə görə, Polşa və onun müttəfiqlərinə qarşı fəaliyyət göstərən “Daxili Təhlükəsizlik Agentliyi tərəfindən saxlanılan casus” həbsxanaya göndərilib.

Xuraman Etibarlı

İnterpress.az