Qazaxıstan Rusiyadan aviasiya yanacağının idxalına qadağa qoyubbackend

Qazaxıstan Rusiyadan aviasiya yanacağının idxalına qadağa qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Rusiyadan dəmir yolu ilə idxal edilən aviasiya yanacaqlarına müvəqqəti qadağa qoyub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Qazaxıstan Energetika Nazirliyindən müvəqqəti qadağanın ölkədə çox miqdarda aviasiya yanacağının olması səbəbindən alındığı bildirilib.

Almatıda 25 min ton, Astanada isə 6 min ton aviasiya yanacağının hava limanlarının ehtiyacları üçün vaqonlarda saxlandığı qeyd edilib, bu vəziyyət 20-30-da dəmir yolunda partlayışa səbəb ola bilər.

Qadağa qərarının müddəti ilə bağlı dəqiq tarix verilməyib.

Rusiya mətbuatı daha əvvəl bildirib ki, Qazaxıstan Milli Dəmir Yolu Şirkəti (KTJ) iyunun 14-dən iyulun 14-dək Rusiya aviasiya yanacağının daşınmasına qadağa qoyub.