Qazaxıstan qərbin sanksiyaları səbəbindən Rusiyaya 106 adda hərbi məhsulun və onların ehtiyat hissələrinin tədarükünü dayandırıb.
İnterpress.az TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev deyib.
O bildirib ki, tətbiq olunan sanksiyalar səbəbindən Rusiyaya pilotsuz təyyarələr, onların ehtiyat hissələri, ixtisaslaşdırılmış elektronika, çiplər və buna bənzər məhsulların ixracı dayandırılıb.