Qazaxıstan Prezidenti Kasım Jomərt Tokayev Rusiyadakı vəziyyətlə əlaqədar Təhlükəsizlik Şurasını sabah fövqəladə iclasa çağırıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Təhlükəsizlik Şurası prezident Tokayevin qərarı ilə sabah səhər növbədənkənar toplanacaq.
Görüşdə Tokayev Rusiyadakı vəziyyətlə bağlı verdiyi tapşırıqların yerinə yetirilməsi üçün görülən tədbirləri dinləyəcək.
İclasda Rusiyadakı vəziyyətin Qazaxıstan vətəndaşlarının təhlükəsizliyinə və iqtisadiyyatına mümkün mənfi təsirinin qarşısını almaq üçün təcili tədbirlər planının qəbul ediləcəyi gözlənilir.
Tokayev bu gün Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb və Rusiyadakı son vəziyyətlə bağlı məlumat alıb.
Rusiyada baş verənləri ölkənin daxili işi kimi xarakterizə edən Tokayev ictimai asayişin və ictimai təhlükəsizliyin qorunması üçün konstitusiya quruluşunun və qanunun aliliyinin vacibliyini vurğulayıb.