Qazaxıstan Türkiyə vətəndaşları üçün 90 günlük vizasız rejim tətbiq etməyi planlaşdırır.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Məqsəd Türkiyə ilə sıx əməkdaşlığı inkişaf etdirmək, Qazaxıstanda əlverişli investisiya və turizm mühiti yaratmaq, iqtisadi diplomatiyanı aktivləşdirməkdir.
Qeyd olunur ki, bu, mənfi sosial-iqtisadi və ya hüquqi nəticələrə səbəb olmayacaq və ölkənin milli təhlükəsizliyinə təsir göstərməyəcək.
Xuraman Etibarlı
İnterpress.az