Qazaxıstan və ABŞ Trampın tətbiq etdiyi tariflərlə bağlı məsləhətləşmələrə başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ticarət və İnteqrasiya Nazirliyinin Xarici Ticarət Fəaliyyəti Departamentinin direktor müavini Serik Aşitov məlumat verib.
Qazaxıstan hökuməti prezident Trampın ölkəyə tətbiq etdiyi əlavə tariflərlə bağlı ABŞ ilə danışıqlara başlayıb.
“Belə birtərəfli tədbirlərin nəticələrini minimuma endirmək üçün bu məsələ Ümumdünya Ticarət Təşkilatı (ÜTT) kimi beynəlxalq forumlarda nəzərdən keçiriləcək”, – Aşitov deyib.
Departament qeyd edib ki, hazırda Qazaxıstanın ABŞ-dəki səfirliyi səviyyəsində məsləhətləşmələr aparılır.
Aşitovun sözlərinə görə, rüsumların Qazaxıstanın ixracına əhəmiyyətli dərəcədə təsir edəcəyini düşünməyə əsas yoxdur, lakin buna baxmayaraq, Amerika tərəfi ilə bu məsələ ilə bağlı danışıqlar davam etdiriləcək.
Trampın əlavə rüsumlar tətbiq etdiyi ölkələr siyahısına Qazaxıstan da daxil edilib (27%).
Xuraman Etibarlı
İnterpress.az