Ukrayna Putinin Qələbənin 80-ci ildönümündə atəşkəs təklifinə cavab verməyib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Moskvanın Kiyevin atəşkəsə qoşulub-qoşmayacağı barədə heç bir fikri yoxdur”, – o vurğulayıb.
Peskov Zelenskinin 30 günlük atəşkəs təklifinə də münasibət bildirib: “Bütün nüansları həll etmədən bu mümkün deyil”.
Bundan əvvəl Zelenski Rusiyanı mayın 8-nə qədər gözləməməyə və atəşi dərhal dayandırmağa çağırıb.
O qeyd edib ki, Ukrayna martın 11-dən ABŞ-nin 30 günlük tam atəşkəs təklifini dəstəkləyib.
Xuraman Etibarlı
İnterpress.az