Trampın sülh planı Zelenskinin prezidentliyi bahasına başa gələ bilər və Ukraynada sabitliyi poza bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. Nəşrin məlumatına görə, ərazilərin verilməsi təklifi Konstitusiyaya dəyişikliklər və referendum tələb edəcək.
Bu, kəskin siyasi böhrana səbəb ola və Moskva üçün “Troya atı”na çevrilə bilər: Putin Ukraynadakı daxili ixtilafdan öz revanşist məqsədləri üçün istifadə edə bilər.
Jurnal vurğulayır ki, hazırkı müqavilə layihəsinə əsasən, Ukrayna:
NATO-ya üzv olmaqdan imtina edir;
işğal olunmuş əraziləri faktiki olaraq verir;
Amerika Birləşmiş Ştatlarının dəstəyi olmadan üçüncü ölkələrdən qeyri-müəyyən təhlükəsizlik zəmanətləri alır;
ABŞ-nin xeyrinə mineral sərvətlərin bölüşdürülməsi sazişini imzalayır;
Eyni zamanda, Rusiyadan nə təzminat alır, nə də hərbi cinayətlərə görə məsuliyyət zəmanəti.
“Politico” qeyd edir: ABŞ-nin dəqiq zəmanətləri və hərbi dəstəyi olmadan bu atəşkəs Putin üçün təcavüzün növbəti mərhələsinə qədər yalnız möhlət olacaq.
Xuraman Etibarlı
İnterpress.az