Yaponiya Trampın tariflərinə görə Asiya ölkələrinin Çinə yaxınlaşmasından və regional təhlükəsizliyin pozula biləcəyindən narahatdır.
Yaponiyanın hakim partiyasının siyasi lideri İtsunori Onoderaya “bir çox Asiya ölkələrinin hazırda tariflərdən çox narahat olduğunu, daha çox ölkənin ABŞ-dən uzaqlaşaraq Çinə yaxınlaşa biləcəyini və bunun Yaponiyanın istədiyi nəticə olmadığını” deyib.
Yaponiyanın narahatlığına əsasların olması ilə bağlı İnterpress.az-ın suallarını konfliktoloq Elman Vəliyev cavablandırıb.
O bildirib ki, Trampın tarifləri nəinki Çinə və digər ölkələrə, hətta öz ölkəsinə də ziyan vurur.
“Əlbəttə, Trampın “tarif”lər siyasəti Amerikanı irəli aparmaz, əksinə ziyan vurar. Ölkədə neçə şirkət ziyan edib və Trampa qarşı etirazlar var.
Çin üçün satış bazarları genişdir. Paradoksal məsələ budur ki, Amerika Çinə tariflərin qiymətin artırır, amma Çindən ən çox mal idxal edən də elə özüdür.
Məntiqlə fikirləşsək, hər hansı bir ölkə fikirləşər ki, əlindəki malı yeni tarif siyasəti ilə bazara daxil etməsi üçün Tramp 10 manat istəyir, ondansa, daha ucuz sata biləcəyi bir ölkə, məsələn Çinlə əməkdaşlıq etsin.
Çinlə əməkdaşlıq edən ölkələrin çoxluq təşkil etməsi isə Yaponiyanın narahatlığına zəmin yaradır. Əlbəttə, Yaponiya belə düşünür və həqiqətən təhlükəsizliyinə zərbə ola bilər”, – konfliktoloq deyib.
Xuraman Etibarlı
İnterpress.az