ABŞ Ukrayna danışıqlarından çıxacaq – Dövlət Departamentibackend

ABŞ Ukrayna danışıqlarından çıxacaq – Dövlət Departamenti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Ukrayna yaxın gələcəkdə konkret sülh təklifləri təqdim etməsələr, ABŞ Ukrayna danışıqlarından çıxacaq.

İnterpress.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus deyib.

Sülh yolunda irəliləyiş olmasa, ABŞ Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlardan geri çəkiləcək.

O, bildirib ki, ABŞ dövlət katibi Marko Rubio Moskva və Kiyevdən münaqişəyə yaxın vaxtlarda son qoymaq üçün konkret təkliflər gözləyir.

Mətbuat katibi Rubionun sözlərindən sitat gətirib: “İndi münaqişənin hər iki tərəfinin konkret təkliflər verməsi vaxtıdır. Əgər irəliləyiş olmasa, biz bu prosesdə vasitəçi kimi geri çəkiləcəyik”.

Xuraman Etibarlı

İnterpress.az