Pizza çatdıran adam müəllimdən çox qazanır.
İnterpress.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.
O qeyd edib ki, kuryer ayda 130 min rubl, gənc müəllim isə 25 min rubl, bəzən isə daha az qazana bilər.
“Belə maaşla ailəni saxlamaq çətindir”, – Matvienko qeyd edib.
O, həmçinin bildirib ki, universitet məzunları öz ixtisasları üzrə işləmək istəmirlər. Hər il 1,1 milyon məzundan yalnız 40%-i öz ixtisasları üzrə iş tapır.
Xuraman Etibarlı
İnterpress.az