Livan ordusu Livandakı 500-dən çox Hizbullah hədəfinə hücum edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Al Arabiya” Livan hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Hücum edilən hədəflərin Litani çayının cənubunda və şimalında, eləcə də Beyrutun ətraf ərazilərində yerləşdiyi qeyd edilir.
Mənbələr həmçinin əlavə edib ki, Livanda atəşkəs razılaşmasının monitorinq mexanizminin sədri general Ceffers aprelin 30-da Beyruta səfər edəcək və prezident Aun, baş nazir Salam və Livan parlamentinin sədri Berri ilə görüşlər keçirəcək.
Görüş zamanı Berri Ceffersi razılaşma çərçivəsində əldə edilən irəliləyişlər barədə məlumatlandıracaq, həmçinin “İsrail tərəfindən pozuntular barədə şikayət verəcək”.
Xuraman Etibarlı
İntertpress.az