Rusları müəyyən göbələk yığdıqlarına görə həbs cəzası gözləyir.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası yazıb. Moskva vilayətində müəyyən növ göbələklərin toplanması cinayət məsuliyyətinə səbəb ola bilər.
Bu barədə Dövlət Dumasının deputatı Nikita Çaplin xatırladıb.
O, 2023-cü il oktyabrın 12-dən nəsli kəsilməkdə olan bitki və göbələklərin qanunsuz çıxarılması, toplanması, əldə edilməsi, saxlanması və satışına görə cinayət məsuliyyətinin nəzərdə tutulduğunu vurğulayıb.
“Ən birinci bu, Qırmızı Kitaba daxil edilmiş göbələklərə, məsələn, qızıl russula, şabalıd göbələyi və bəzilərinin şampinonlarla qarışdırdığı Matsutake göbələyinə aiddir”, – deputat bildirib.
Xuraman Etibarlı
İnterpress.az