İsrail XİN yəhudilərə və israillilərə qarşı mümkün hücumlar barədə XƏBƏRDARLIQ ETDİbackend

İsrail XİN yəhudilərə və israillilərə qarşı mümkün hücumlar barədə XƏBƏRDARLIQ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail XİN rəhbəri yəhudilərə və israillilərə qarşı mümkün hücumlar barədə xəbərdarlıq edib.

İnterpress.az xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar bunu XİN-in həlak olmuş əməkdaşlarının xatirəsinə həsr olunmuş mərasimdə deyib.

Saar yaxın gələcəkdə xaricdə yəhudilərə və israillilərə qarşı mümkün hücumlar barədə xəbərdarlıq edib.

“Qorxuram ki, qarşıdakı dövr xaricdəki yəhudilər və israillilər və xüsusən də İsrail rəsmiləri üçün risklər baxımından xüsusilə çətin olacaq.

Bu, bizdən daha diqqətli, sayıq və məsuliyyətli olmağı tələb edir”, – nazir vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az