Rusiya Xarici İşlər Nazirliyi Amerikanın Yəmənə endirdiyi zərbə nəticəsində üç dənizçinin yaralandığını bildirib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın Yəməndəki müvəqqəti işlər vəkili Kudrov məlumat verib.
ABŞ-nin Yəmənin qərb sahilindəki Ras-İsa limanına endirdiyi zərbə nəticəsində 3 rus dənizçisi yaralanıb.
Onun sözlərinə görə, yaralananlar zərbə zamanı husi hərəkatının nəzarətində olan limanda olan “Seven Pearls” tankerinin ekipaj üzvləridir.
Kudrov dəqiqləşdirib ki, gəmidə hələ də 19 Rusiya vətəndaşı var.
Aprelin 17-də ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu hərəkətləri Qırmızı dənizdəki husilərin təhdidlərinə cavab olaraq göstərərək, Ras-İsa limanındakı hədəflərə bir sıra zərbələr endirdiyini təsdiqləyib.
Xuraman Etibarlı
İnterpress.az