Qazaxıstan və İsrail elm və innovasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİRbackend

Qazaxıstan və İsrail elm və innovasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan və İsrail elm və innovasiya sahəsində əməkdaşlığı müzakirə edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Kazinform” agentliyi məlumat yayıb.

Qazaxıstan və İsrail elm, təhsil və innovasiya sahələrində ikitərəfli əməkdaşlığı genişləndirmək məqsədilə mühüm addımlar atırlar.

Qazaxıstanın İsraildəki səfiri Dövlətbek Yemberdiyev Təl-Əviv Universitetinin prezidenti Ariel Porat ilə görüş keçirib.

Görüş zamanı iki ölkə arasında akademik, elmi və innovativ əməkdaşlığın genişləndirilməsi perspektivləri ətraflı müzakirə olunub.

Tərəflər həmçinin tələbə və müəllim mübadiləsinin inkişafı, birgə tədqiqat layihələrinin həyata keçirilməsi və ali məktəblərarası əlaqələrin möhkəmləndirilməsinə xüsusi maraq göstərdiklərini təsdiqləyiblər.

Xuraman Etibarlı

İnterpress.az