Qazaxıstanda fövqəladə vəziyyət elan olundubackend

Qazaxıstanda fövqəladə vəziyyət elan olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Jambıl vilayətinin rəhbərliyi Bayzak rayonunda fövqəladə vəziyyət elan edib. bu barədə məlumatı vilayətin rəhbəri Berdibek Saparbayev verib.

Məlumata əsasən, avqustun 26-sı Jambıl vilayətində hərbi hissələrin birinin anbarında baş vermiş yanğın və partlayışla əlaqədar olaraq həmin bölgədə fövqəladə vəziyyət elan olunub.

Bununla yanaşı, fövqəladə vəziyyətlə əlaqədar olaraq baş vermiş insidentin nəticələrinin aradan qaldırılması üçün region rəhbərinin müavini Talqat Mamayev bu məsələ üzrə məsul şəxs təyin olunub.