Qazaxıstanda meşə yanğını nəzarət altına alınıbbackend

Qazaxıstanda meşə yanğını nəzarət altına alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Abay vilayətinin Semey meşəsində baş verən yanğın ötən gün yerli vaxtla saat 21.00-dan etibarən nəzarət altına alınıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Yanğının yayılmasının qarşısının alınması istiqamətində işlər davam etdirilir, yanğınla əlaqədar rayonun kəndlərindən təxliyə edilən insanların evlərinə qayıtmağa başladığı bildirilib.

İyunun 8-də Qazaxıstanın şərqindəki Abay vilayətində Semey meşəsində yanğın baş verib və yanğına ilk müdaxilə etdiyi deyilən 14 meşə işçisi həyatını itirib. Ümumilikdə 60 min hektar ərazini əhatə edən yanğınla əlaqədar rayondan 316 nəfər təxliyə edilib.

İyunun 12-si ölkədə həyatını itirən meşə işçiləri üçün “Ümumxalq hüzn günü” elan edilib.