Qazaxıstanda meşə yanğınında ölənlərin sayı 15 nəfərə çatıbbackend

Qazaxıstanda meşə yanğınında ölənlərin sayı 15 nəfərə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda iyunun 8-də ölkənin şərqindəki Abay vilayətində baş verən meşə yanğınında həyatını itirənlərin sayı 15-ə yüksəlib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, iyunun 10-da yoxa çıxan meşə işçisi Sergey Arhipovun cansız cəsədi tapılıb.

Bundan əvvəl sözügedən işçinin yanğınsöndürmə işləri üçün traktoru ilə yola çıxdığı açıqlanıb, lakin onunla əlaqə kəsilib.

İyunun 8-də Qazaxıstanın şərqindəki Abay vilayətindəki Semey meşəsində yanğın baş verib və alovlara ilk müdaxilə etdiyi deyilən 14 meşə işçisinin həyatını itirdiyi açıqlanıb.

İyunun 12-də ölkədə həyatını itirən meşə işçiləri üçün “Ümummilli matəm” elan edilib.

Bu arada, daxili işlər naziri Marat Ahmetcanov Nazirlər Şurasının həftəlik iclasında söndürmə işlərinin davam etdiyi meşə yanğınının səbəbləri ilə bağlı aparılan araşdırmalar barədə məlumat verib.

Qazaxıstan baş nazirinin birinci müavini Roman Sklyar da yanğın baş verən gün ölkədə Astana Beynəlxalq Forumunun keçirildiyini və ilkin olaraq yanğının ölçüsünün lazımi səviyyədə qiymətləndirilmədiyini bildirib.

Sklyar əlavə edib ki, ona görə də Baş Prokurorluq tərəfindən xüsusi araşdırma aparılır və səhlənkarlıq edənlər bu çərçivədə müəyyən ediləcək.

Abay vilayəti qubernatorunun müavini Dmitri Qarikov bildirib ki, Semey meşəsində baş verən yanğın iki ildırım vurması nəticəsində baş verib.