Tbilisidə Cereteli prospektində Müqəddəs Məryəm ana adına məbədin yaxınlığında davam edən reabilitasiya işləri zamanı mütəxəssislərin fikrincə, 19-cu əsrin xarabalıqları olan yeraltı tikililər aşkar edilib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Məlumata görə, Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyinin nümayəndələri və arxeoloqlar araşdırma və qərarların qəbulu prosesinə cəlb olunublar.
Onların məlumatına görə, yerlərdə işlər mütəxəssislərin nəzarəti altında və müvafiq qaydalara riayət olunmaqla aparılır.
Arxeoloq Merab Dzneladzenin sözlərinə görə, Didubedə Kilsənin yaxınlığını əhatə edən ərazidə aşkar edilmiş məzarların sayı 12-yə qədərdir.