Sibir qəbirqazanları Macarıstandakı dünya çempionatında ilk 10-luğa düşüblər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Novosibirsk krematoriyasının komandası Macarıstanda keçirilən qəbir qazma üzrə dünya çempionatında ikinci dəfə iştirak edib və nəticəsini 15 pillə yaxşılaşdıraraq ilk 10-luğa daxil olub.
Komanda 200x80x160 santimetr ölçülü qəbri 112 dəqiqəyə qazıb, yalnız dərinlikdə 7 santimetr səhvə yol verib.
Qeyd edək ki, Rusiyada qəbir qazma üzrə ilk yarışlar 2020-ci ildə keçirilib.
Yarışın iştirakçıları Tomskda beş şəhərdən gələn komandaların iştirakı ilə mübarizə aparıb. Ən yaxşı nəticə 52 dəqiqə olub.
Xuraman Etibarlı
İnterpress.az






