Qəçrəşdə “Son zəng” şənliyi edənlər aşkarlandı – Fotobackend

Qəçrəşdə “Son zəng” şənliyi edənlər aşkarlandı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubada  elan edilmiş xüsusi karantin qaydalarını pozaraq rayonun Qəçrəş kəndi ərazisində yerləşən istirahət mərkəzlərinin birində “Son zəng” şənliyi təşkil edən şəxslər məsuliyyətə cəlb olunublar.Interpress.az-in DİN-ə istinadən məlumatına görə, rejim qaydalarını kobud şəkildə pozaraq məclis təşkil edən həmin obyektin sahibi və məclisdə iştirak edən müəllim və valideynlər inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimə ediliblər.Həmçinin polis əməkdaşları tərəfindən həmin karantin qaydalarının tələbləri izah olunub.