“Qərbin Gürcüstanla bağlı məkrli planları baş tutmayacaq” – ŞƏRHbackend

“Qərbin Gürcüstanla bağlı məkrli planları baş tutmayacaq” – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biz Gürcüstanda “Maydan”ın və ölkənin ukraynalaşdırılmasının qarşısının alınması üçün hər şeyi edəcəyik. Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin ötən gün verdiyi proqnoza cavab olaraq bildirib. Qaluzin Qərbin Rusiya Federasiyasının sərhədləri yaxınlığında yeni gərginlik mənbəyi yaratmaq üçün oktyabr ayına qədər Gürcüstanda yeni “Maydan” ssenarisini həyata keçirməyə çalışdığını vurğulayıb.

Əslində Gürcüstanda nə baş verir? Son hadisələr doğrudanmı Gürcüstanı “Maydan” hadisələrinə aparır?

Mövzu ilə bağlı İnterpress.az-ın suallarını politoloq Tural İsmayılov cavablandırıb.

Politoloq bildirib ki, Qərb Gürcüstan üzərində hegemonluğunu saxlamağa çalışır.

“Əlbəttə, bu gün Gürcüstanda daha əvvəl Azərbaycan və yaxud da bölgənin başqa ölkələr üzərindən oynamağa çalışdıqları təhlükəli oyunları həyata keçirməyə çalışırlar. Bu gün Gürcüstan xarici agentlər haqqında qanun layihəsini qəbul edib, hansı ki bir çox Avropa ölkələri və Qərb dünyasında çoxdan qəbul olunub.

Belə çıxır ki, Qərb ölkələrinə bu tip qanun layihələri qəbul eləmək olar, amma Azərbaycan, eyni zamanda Gürcüstan və bu qəbuldən olan ölkələrə olmaz. Sanki bu ölkələrin haqqı yox imiş kimi mövqe qoymağa çalışırlar və əlbəttə ki, bu, əsla qəbul edilən məsələ deyil.

Bu gün Gürcüstanda qəbul edilən xarici agentlər haqqında qanun layihəsi ətrafında çox çək-çevirlər etməyə çalışırlar, vəziyyəti gərginləşdirmək istəyirlər. Burada də əlbəttə ki, xarici dairələr məqsədli planlar güdürlər.

Hamıya bəllidir ki, Gürcüstan ərazilərini illeqal gəlirlərin platformasına, plastarm halına gətirmişdilər. Gürcüstan hakimiyyəti bütün o təxribatlara, çətinliklərə rəğmən, öz mövqeyini sonuna qədər qoruyaraq, bu qanun layihəsini sona qədər qəbul etdi və fikrindən də heç bir formada yayınmadı”, – Tural İsmayılov bildirib.

O qeyd edib ki, Qərbin Gürcüstanla bağlı məkrli planları baş tutmayacaq.

“Gürcüstana heç kimin ağıl vermək haqqı yoxdur. Gürcüstanın tam haqqı var ki, ölkə ərazilərini kolonialist və imperialist qüvvələrin əlində oyuncağa çevirmiş xarici dairələrin qanunsuz maliyyə mənbələrinin plastarm halından azad etsin. Ona görə də Gürcüstanı hansısa bir formada bu məsələ ilə sıxmağa çalışmaq böyük bir ədalətsizlik və qəbul edilməz haldır.

Hesab edirəm ki, Qərbin bütün təxribatlarına rəğmən, Gürcüslan bu qanun layihəsini qəbul etdiyi üçün burada Qərb, özəlliklə kollektiv Avropa və Avropa İttifakı hansısa özünün məkrli planlarını reallaşdıra bilməyəcək”, – politoloq fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az