Qətər Mərkəzi Bankının rəhbəri Bəndər bin Məhəmməd bin Səud Əl Tani ölkənin maliyyə vəziyyətinin yerli valyutanın dollara bağlanması üçün əlverişli olduğunu bildirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Əl-Sani paytaxt Dohada keçirilən üçüncü Qətər İqtisadi Forumunda etdiyi çıxışda mövzu ilə bağlı qiymətləndirmələr edib.
ABŞ-dakı likvidlik siyasətinin Qətər iqtisadiyyatı və maliyyəsi ilə uyğunlaşdığını bildirən Əl Sani hazırda Qətər riyalının dollara indeksləşdirilməsi üçün uyğun mühit olduğunu bildirib.
Qlobal inflyasiyanın bir çox ölkədə son bir ildə təsirləndiyinə diqqət çəkən Əl Sani inflyasiyanın onilliklərin ən yüksək səviyyəsinə çatdığını, lakin son aylarda inflyasiya nisbətində yaxşılaşmanın olduğunu ifadə edib.
Əl Sani bildirib ki, qiymət sabitliyi, inkişaf və maliyyə sabitliyi arasında tarazlıq təmin edilməlidir.
Qətərin paytaxtı Dohada üçüncü dəfə keçirilən Qətər İqtisadi Forumu dünyanın aparıcı iqtisadiyyatından olan 2000-dən çox insanın iştirakı ilə dünən başlayıb.
Bloomberg Media Group ilə birgə Dohada təşkil olunan forum mayın 25-də başa çatacaq.