Qətər: Türkiyənin Taxıl dəhlizi sazişində göstərdiyi səyləri yüksək qiymətləndiririkbackend

Qətər: Türkiyənin Taxıl dəhlizi sazişində göstərdiyi səyləri yüksək qiymətləndiririk

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətər Türkiyə və Birləşmiş Millətlər Təşkilatının (BMT) Ukraynadan taxıl daşınması ilə bağlı sazişin müddətini 2 ay uzatmaq səylərini yüksək qiymətləndirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Qətərin Xarici İşlər Nazirliyi Qara dənizdən taxıl daşınmasına dair sazişin uzadılmasını alqışlayıb.

Taxıl daşınmasının dünyada baş verən ərzaq böhranını yüngülləşdirəcəyinə ümid edilən açıqlamada Qətər olaraq BMT və Türkiyənin bu prosesdə göstərdiyi bütün səylərin təqdir edildiyi bildirilib.

“Biz Qətərin Rusiya-Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün beynəlxalq səylərə dəstəyini bir daha təsdiqləyirik”, – bəyanatda deyilir.

Prezident Rəcəb Tayyib Ərdoğan, mayın 18-də başa çatması gözlənilən Qara dəniz taxıl dəhlizi sazişinin daha 2 ay uzadılmasına qərar verildiyini açıqlayıb.

Sözügedən razılaşma 2022-ci il iyulun 22-də İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT arasında imzalanıb.

Türkiyənin Rusiya-Ukrayna müharibəsi ilə bağlı “ərzaq böhranı” riskini aradan qaldırmaq səyləri nəticəsində yaratdığı “taxıl dəhlizi”ndən keçən taxılın miqdarı 30 milyon 250 min tonu keçib.