Qətər və Bəhreyn arasında yeni dövr başlayırbackend

Qətər və Bəhreyn arasında yeni dövr başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətər və Bəhreyn iki ölkə arasında diplomatik münasibətləri bərpa etmək qərarına gəlib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Qərar Qətər-Bəhreyn Monitorinq Komitəsinin ikinci iclasının sonunda qəbul edilib.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ortaq Hüquq və Birgə Təhlükəsizlik komitələrinin ilk iclasının nəticələrinin açıqlandığı Körfəz Əməkdaşlıq Şurasının Baş Katibliyində bir araya gələn Qətər Bəhreyn Monitorinq Komitəsində gündəlikdəki məsələlər müzakirə edilib.

Hər iki tərəf münasibətlərin bərpası addımının ikitərəfli münasibətləri inkişaf etdirmək, Körfəz inteqrasiyasını və birliyini dəstəkləmək, dövlətlər arasında bərabərlik, suverenlik, müstəqillik, ərazi bütövlüyü və mehriban qonşuluq prinsiplərinə hörmət etmək qarşılıqlı istəyindən qaynaqlandığını vurğulayıb.

2021-ci il yanvarın 5-də Səudiyyə Ərəbistanında keçirilən Əl-Ula sammiti ilə Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyndən ibarət ərəb dördlüyü tərəfindən üç ildən çox əvvəl Qətərə qarşı elan edilmiş boykot sona çatdı.

Lakin Doha ilə Manama arasında həll olunmamış problemlərin olması səbəbindən diplomatik münasibətlərin bərpası ləngiyib.