Qəzzada HAMAS-ın dörd silah anbarı DARMADAĞIN EDİLDİbackend

Qəzzada HAMAS-ın dörd silah anbarı DARMADAĞIN EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Qəzzada HAMAS-ın dörd silah anbarını məhv etdiyini açıqlayıb.

İnterpress.аz xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti gecə saatlarında Qəzza zolağının mərkəzi hissəsində keçirilən əməliyyat barədə məlumat yayıb.

Bildirilib ki, İsrail ordusunun endirdiyi hava zərbələri nəticəsində HAMAS qruplaşmasına məxsus dörd silah-sursat anbarı tamamilə məhv edilib.

Dağıdılan anbarlarda “Kalaşnikov” avtomatları, RPG qumbaraatanları, əl qumbaraları, müxtəlif partlayıcı qurğular və digər hərbi təyinatlı avadanlıqların saxlanıldığı qeyd olunur.

İsrail tərəfi Qəzza zolağında HAMAS-ın hərbi infrastrukturunun və silah anbarlarının tamamilə zərərsizləşdirilməsi istiqamətində əməliyyatların davam etdiyini vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.аz