Qəzza şəhərinin qərbindəki Rimal rayonunda yerləşən BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məktəbi İsrail tərəfindən atəşə tutulub.
İnterpress.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, zərbə nəticəsində azı 10 nəfər ölüb. Qeyd edilib ki, bu bina Qəzza zolağının digər döyüş bölgələrindən qaçan məcburi köçkünlərə sığınacaq kimi verilmişdi.