Qəzzada qəbiristanlıqlarda yer qalmayıbbackend

Qəzzada qəbiristanlıqlarda yer qalmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza zolağında toqquşmalarda ölənlərin sayı 5 mini keçib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Qəbiristanlıqlarda boş yer olmadığı üçün həyatını itirən fələstinlilərin cənazələri şəhər qəbiristanlığında kütləvi məzarlığa basdırılıb.

Qəzza zolağına qarşı davamlı intensiv bombardmanları nəticəsində həyatını itirənlərin sayı artır.

Ölüm sayının artması səbəbindən bəzi qəbiristanlıqlarda yer qalmayıb.

Deyr əl-Belah şəhərinə edilən hücumlar nəticəsində həyatını itirən fələstinlilərin cənazələri şəhər qəbiristanlığında hazırlanmış kütləvi məzarlığa basdırılıb.

17 gündür bombardman etdiyi Qəzza zolağında ölənlərin sayı 387 artaraq 5 min 87, yaralıların sayı isə 15 min 273-ə yüksəlib.