Qəzzada uşaqlar cəhənnəmə keçir: 17 min uşaq yetim qaldıbackend

Qəzzada uşaqlar cəhənnəmə keçir: 17 min uşaq yetim qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 7-dən bu yana Qəzza zolağında 27 mindən çox fələstinlini qətlə yetirən İsrail hücumlarını aramsız olaraq davam etdirir. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. İsrail qüvvələri Xan Yunus şəhərindəki Amal xəstəxanasını mühasirəyə alaraq xəstəxanaya sığınanları və bir əməkdaşını öldürüb. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu UNICEF Qəzzada 17 min uşağın yetim qaldığını açıqlayıb. İsrail Qəzzada qırğınlar törədir. Oktyabrın 7-dən bu yana İsrailin hücumları nəticəsində 27 min 131 fələstinli həlak olub, 66 mindən çox insan isə yaralanıb.

İsrail qüvvələrinin Xan Yunus şəhərindəki Amal xəstəxanasını atəşə tutması nəticəsində xəstəxanaya sığınan 3 nəfər və bir işçi həlak olub.

Fələstin Qızıl Aypara Cəmiyyəti İsrail qüvvələrinin obyekti mühasirəyə almasından bu yana 3-ü şəxsi heyət olmaqla 43 nəfəri öldürdüyünü, 153 nəfəri yaraladığını açıqlayıb.

İsrail ordusu Qəzza zolağının mərkəzi hissələrindəki Zaveyda bölgəsində də mülki vətəndaşları atəşə tutub.

Hücumlar nəticəsində aralarında uşaqların da olduğu çoxlu sayda ölü və yaralı Əl-Əqsa Şəhidləri Xəstəxanasına gətirilib.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu UNICEF, Qəzzada 17 min uşağın müşayiətsiz qaldığını açıqladı. Qəzzada qida, su və sığınacaq çatışmazlığına da diqqət çəkilib.

Bildirilib ki, bu çatışmazlıqlar səbəbindən uşaqların psixi sağlamlığı pisləşib. Açıqlamada vurğulanıb ki, hər bir uşağın ürək ağrıdan hekayəsi var.

İsrail qüvvələri ilə Fələstin müqavimət qrupları arasında qarşıdurmalar bütün şiddəti ilə davam edir.

Həmas Qəzzada baş verən qarşıdurmalarda 15 İsrail əsgərinin öldürüldüyünü açıqlayıb. İsrail qüvvələri Qəzza şəhərinin bəzi məntəqələrindən dağıntılar qoyaraq geri çəkilib.

İsrailin davamlı hücumları şəhərin məhəllələrini dağıntı və kül yığınlarına çevirib. Dağıntı o qədər böyük olub ki, İsrail ordusunun geri çəkildiyi bölgələrə qayıdan qəzzalılar evlərini belə tapa bilməyiblər.