Qolundakı saat idmançının həyatını XİLAS ETDİbackend

Qolundakı saat idmançının həyatını XİLAS ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Apple” smart saatı dənizdə köməksiz qalan idmançının həyatını xilas edib.

interpress.az xəbər verir ki, bu barədə ABC News məlumat verib. Bildirilir ki, dalğalar Avstraliyanın Bayron körfəzinin dərinliklərinə aparan sahibinin həyatını “Apple Watch Ultra” smart saatı xilas edib.

Rik Şirman bodiserfinqlə məşğul olurdu, onu suda saxlamaq üçün heç bir cihaz olmadan dalğalarda gəzirdi.

Bu gəzintilərin birində hava pisləşib, bu səbəbdən Rik çətin vəziyyətdə qalıb.

Bir neçə dəfə dalğalar onu əhatə edib, bundan sonra qıcolmalara başlayıb. İdmançı axına təslim olmaq qərarına gəlib, lakin tezliklə anlayıb ki, o, sahildən çox uzağa gedib və təkbaşına geri qayıda bilməyəcək.

20 dəqiqədən sonra Rik köməyə ehtiyacı olduğunu başa düşüb. O, mobil rabitəni aktivləşdirən Apple Watch Ultra-da fövqəladə vəziyyət funksiyasını aktivləşdirdirib. Bu, xilasedicilər gələnə qədər onu bir saat Avstraliya xilasetmə xidmətləri ilə əlaqə saxlamağa kömək edib.

Xilasedicilər Riki tapdıqda, onu sahilə çıxarmaq üçün xüsusi helikopterdən istifadə ediblər. Xilasedicilərin fikrincə, “Apple Watch” vasitəsilə “oyunun qaydaları dəyişdirilib”.

Belə qurğular olmadan açıq dənizdə xilasetmə on saatlarla, hətta günlərlə davam edə bilər.

Xuraman Etibarlı

İnterpress.az