Qoxu itkisi Alzheimer əlamətidirbackend

Qoxu itkisi Alzheimer əlamətidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qoxu itkisi Alzheimer əlamətidir.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Çikaqo Universitetinin tədqiqatçılarının ABŞ-da 1000-dən çox böyüklər üzərində apardığı 10 illik araşdırmanın nəticələri Neurology jurnalında dərc olunub.

Buna uyğun olaraq xəstəliyin ən əhəmiyyətli səbəbi olan “APOE e4” gen variantını daşıyanlar 65-69 yaşlarında qoxuları təsbit etməkdə çətinlik çəkməyə başlayırlar.

Tədqiqatçılar müəyyən ediblər ki, qoxu həssaslığının yoxlanılması insanın gələcəkdə koqnitiv problemlər yaşayıb-yaşamayacağını proqnozlaşdırmaq üçün istifadə edilə bilər.

Mütəxəssislər qoxu və idrak itkisi arasındakı əlaqəni daha yaxşı başa düşmək üçün əlavə tədqiqatlara ehtiyac olduğunu qeyd ediblər.