Qubada ağır qəza – 2 nəfər öldü, 3 yaralı var  backend

Qubada ağır qəza – 2 nəfər öldü, 3 yaralı var  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qubada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə Quba-Qonaqkənd yolunda qeydə alınıb.

 

Məlumata görə, “VAZ-2106” minik avtomobili ilə “Qazel” markalı yük maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.

 

Hadisə yerinə polis, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və həkim briqadası cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.