İyulun 30-da səhər saatlarında Qusar rayonu ərazisində rayon sakini 23 yaşlı İ.Duraxanovun ov silahından açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan İnterpress.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən atası 83 yaşlı Duraxanov Sərkər Duraxan oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.