Rafiq Hüseynov ilk dəfə dünya çempionu oldu və Türkiyə bayrağı ilə dövrə vurdubackend

Rafiq Hüseynov ilk dəfə dünya çempionu oldu və Türkiyə bayrağı ilə dövrə vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan ilk qızıl medalını qazanıb.

bu, yunan-Roma güləşi üzrə Tokio Olimpiadasının bürünc mükafatçısı Rafiq Hüseynovdur.

82 kq çəki dərəcəsində güləşən Rafiq finalda Burhan Akbudaka (Türkiyə) 2:1 qalib gəlib. İdmançımız Avropa çempionluğundan sonra ilk dəfə dünya çempionu adını qazanıb. Azərbaycan – Türkiyə bayraqları ilə dövrə vuran Rafiq kameraya “ata, oğlun dünya çempionu oldu” deməyi də unutmayıb.