“Real”dan əzmkar qələbə – VİDEObackend

“Real”dan əzmkar qələbə – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya La Liqasının açılış turunun maraqlı qarşılaşmalarından biri Almeriyada baş tutub.

Oxu.Az xəbər verir ki, yerli “Almeriya” klubu öz meydanında “Real”ı qəbul edib.

Matçın 6-cı dəqiqəsində Ramazaninin qolu ilə hesabda önə çıxan meydan sahibləri bu üstünlüklərini sona qədər qoruya bilməyiblər.

İkinci hissədə oyunda dönüş yaradan “kral klubu” əzmkar qələbə qazana bilib.

Saatın tamamında Lukas Vazgez, 75-ci dəqiqədə isə David Alaba fərqlənərək qonaqlara qələbə qazandırıblar.

Qarşılaşmanın qollarını təqdim edirik: