Ssenarist və aktyor Şahan Gökbakarın təqdimatında Recep İvedik silsiləsindən olan növbəti film iyunun 14-dən etibarən “Disney Plus” platformasından yayımlanacaq.
İnterpress.az xəbər verir ki, yaxın zamanlarda film serial versiyası ilə də tamaşaçıların görüşünə gələcək.
Yeni komediyanın bölümləri də “Disney Plus”da efirə çıxacaq.
Bununla yanaşı, artqı silsilənin sayca 7-ci filminin çəkilişlərinə başlanılıb. Onun təqdimat tarixi isə hələ ki açıqlanmayıb.