“Report”un səyi nəticəsində ermənilərin “Bolt”da Azərbaycanla bağlı təxribatının qarşısı alınıbbackend

“Report”un səyi nəticəsində ermənilərin “Bolt”da Azərbaycanla bağlı təxribatının qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bolt” taksi şirkətinin Azərbaycandakı mobil tətbiqində ermənilərin ölkəmizə qarşı növbəti təxribatı aşkarlanıb. Belə ki, mobil tətbiqdə Bakı ərazisində ünvan axtarışı zamanı “Бакуракерт, Армения” adlı adres görünürdü.

İnterpress.az xəbər verir ki, “Report” bununla əlaqədar şirkətin Estoniyada yerləşən baş ofisinə sorğu göndərib. Şirkətdən sorğuya cavab olaraq bildirilib ki, “Bolt” tətbiqi “Google” xəritələri əsasında çalışır və bu ünvan avtomatik olaraq tətbiqdə görünür.

“Tətbiqdəki bu səhvi gördüyünüz üçün təşəkkür edirik”, – şirkətdən bildirilib. Həmçinin səhvin tezliklə aradan qaldırılacağı və adıçəkilən ünvanın tezliklə mobil tətbiqdən silinəcəyi deyilib.

Bundan sonra ünvan silinib və bununla da, ermənilərin daha bir təxribatının qarşısı alınıb.

Qeyd edək ki, ermənilər Bakı şəhərini Bakurakert adlandıraraq paytaxtımızın Ermənistanda hökmranlıq etmiş padşah Bakurinin adını daşıdığını iddia edir. Başqa bir mənbədə isə Bakurakert Ermənistanda yerləşən şəhər adı kimi də qeyd olunur.