Rəsmi Moskvadan AÇIQLAMA: Pavel Durov hələlik beynəlxalq axtarışa verilməyibbackend

Rəsmi Moskvadan AÇIQLAMA: Pavel Durov hələlik beynəlxalq axtarışa verilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pavel Durov hələlik beynəlxalq axtarışa verilməyib.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məşhur “Telegram” messencerinin qurucusu Pavel Durovun hələlik beynəlxalq axtarışa verilmədiyini bəyan edib.

FSB-nin verdiyi rəsmi məlumata görə, iş adamının beynəlxalq axtarışa elan edilməsi ilə bağlı rəsmi orqanlar tərəfindən hələ ki yekun hüquqi qərar qəbul olunmayıb.

Məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırmaların davam etdirildiyi bildirilir.

Qeyd edək ki, son vaxtlar Rusiya rəsmiləri və hüquq-mühafizə orqanları tərəfindən “Telegram” rəhbərliyinə qarşı müxtəlif iddialar və yoxlama tədbirləri irəli sürülməkdədir.

Lakin hələlik rəsmi Moskva tərəfindən Durova qarşı beynəlxalq səviyyədə rəsmi axtarış qərarı qəbul edilməyib.

Xuraman Etibarlı

İnterpress.аz