Rəsmi nikah olmadan birgə yaşayış ölkənin təhlükəsizliyinə birbaşa təhdiddir – Rusiya Ədliyyə Nazirliyibackend

Rəsmi nikah olmadan birgə yaşayış ölkənin təhlükəsizliyinə birbaşa təhdiddir – Rusiya Ədliyyə Nazirliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ədliyyə Nazirliyi rəsmi qeydiyyatı olmayan ailələri təhlükəli elan edə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya Federasiyasının ədliyyə nazirinin müavini Vadim Balanin rəsmi nikah qeydiyyatı olmadan birgə yaşayışın (vətəndaş nikahının) ölkənin milli təhlükəsizliyinə təhdid yaratdığını bəyan edib.

Nazir müavini bu cür gedişatların ölkənin daxili sabitliyini sarsıtdığını vurğulayıb.

“Belə tendensiyaları ölkəmizin təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirmək olar. Bizim nazirlik ailə münasibətlərinin möhkəmləndirilməsini və ənənəvi dünyagörüşünün dağıdılmasının qarşısını almağa yönəlmiş qəti tədbirlərin görülməsini tam dəstəkləyir”, – Balanin qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az