Restoranda ATIŞMA: 23 yaşlı qız ÖLDÜ, anası ağır YARALANDIbackend

Restoranda ATIŞMA: 23 yaşlı qız ÖLDÜ, anası ağır YARALANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xasavyurt restoranında kişi keçmiş həyat yoldaşına və onun 23 yaşlı qızına atəş açıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Dağıstan üzrə İstintaq İdarəsi məlumat yayıb.

Dağıstanın Xasavyurt şəhərində yerləşən restoranlardan birində 46 yaşlı kişi 43 yaşlı keçmiş həyat yoldaşına və onun 23 yaşlı qızına atəş açıb.

Hadisə nəticəsində hər iki qadın ağır güllə yaraları alaraq xəstəxanaya yerləşdirilib.

23 yaşlı qadın aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Digər yaralının vəziyyəti ağır olaraq qalır və həkimlər onun həyatını xilas etməyə çalışırlar.

Hadisəni törədən şəxsin qadınlardan birinin keçmiş əri olduğu bildirilir. Məlumata görə,  kişi qadından restorandakı işini tərk etməsini və beş azyaşlı uşağını böyütməsinə diqqət yetirməsini tələb etdi.

Hazırda hadisə yerində müstəntiqlər və kriminalistlər işləyir, atəş açan şəxsin motivi və insidentin bütün digər halları araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az