Ronaldonun transfer dəyəri xeyli azalıbbackend

Ronaldonun transfer dəyəri xeyli azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Transfermarkt” İngiltərə Premyer Liqası oyunçularının bazar dəyərini yeniləyib.

Dəyişiklik transfer qiyməti 45 milyon avrodan 35 milyon avroya düşən “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldoya da təsir edib.

Qeyd edək ki, 36 yaşlı Ronaldo 2021-ci ilin avqustundan “qırmızı şeytanlar”ın heyətində çıxış edir. O, “Yuventus”dan 15 milyon avroya alınıb.

Bu mövsüm portuqaliyalı hücumçu Premyer Liqadakı 13 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib. O, həmçinin UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5 oyununda 6 qola imza atıb.

Ronaldonun klubla müqaviləsi 2023-cü ildə başa çatır. “Transfermarkt”ın məlumatına görə, hücumçu maksimum transfer dəyərinə 2014-cü ildə (120 milyon avro) “Real Madrid”də oynayarkən malik olub.