Rostovda tükürpədici HADİSƏ: Zibil qutusundan körpə meyiti TAPILDIbackend

Rostovda tükürpədici HADİSƏ: Zibil qutusundan körpə meyiti TAPILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rostov-na-Donu şəhərində zibil qutusunda yeni doğulmuş körpənin cəsədi tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiyanın Rostov-na-Donu şəhərinin Voroşilov rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasının yaxınlığındakı zibil konteynerində yeni doğulmuş körpənin meyiti aşkarlanıb.

Dəhşətli tapıntı binalardan birinin həyətində qeydə alınıb. Məlumata görə, yerli sakinlər məişət tullantılarını atmağa gələrkən zibil qutusunun içərisində körpənin cansız bədənini fərq ediblər və dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Hadisə yerinə dərhal İstintaq Komitəsinin müstəntiqləri və kriminalistlər cəlb olunub. Faktla bağlı Voroşilov rayonu üzrə istintaq şöbəsi tərəfindən cinayət işi başladılıb.

Körpənin ölümünün dəqiq səbəbini müəyyən etmək məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib.

Hazırda asayiş keşikçiləri tərəfindən uşağın anasının kimliyini və hadisənin başvermə şəraitini müəyyənləşdirmək üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Ərazidəki videomüşahidə kameralarının qeydləri araşdırılır, doğum evləri və yaxınlıqdakı tibb müəssisələri yoxlanılır.

Qeyd edək ki, hadisənin baş verdiyi zibil meydançasının yaxınlığında iki məktəb və iki uşaq bağçası yerləşir.

Xuraman Etibarlı

İnterpress.az