Ruandada 1994-cü ildə minlərlə insanın həyatını itirdiyi soyqırımı dəstəklədikləri iddiası ilə 234 adam nəzarətə alınıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Soyqırımı dəstəklədikləri iddiası ilə bir çox adam haqqında istintaq başladıldığı qeyd edilib.
7 aprel-4 iyun tarixləri arasında Ruandada soyqırımı dəstəkləmək ittihamı ilə 234 nəfərin nəzarətə alındığı bildirilib.
Yüzdə 78-i kişi olan şübhəlilər soyqırımı inkar etmək və ya ona hörmətsizlik etmək, soyqırımı və ya sağ qalanlara qarşı zorakılığı qanuniləşdirmək, soyqırımla bağlı məlumat və sənədlərin məhv edilməsi kimi cinayətlərə görə mühakimə olunurlar. Bu cinayətləri törətdikləri müəyyən edilən şəxsləri 2 ildən 4 ilə qədər həbs və pul cəzası gözləyir.
1994-cü ildə Ruandada Hutular o zamankı prezident Juvenal Habyarimana-nın təyyarəsinin qəzaya uğramasında günahlandırdıqları tutsilərə qarşı soyqırım başladıblar.
Ölkədə 100 gündür davam edən qırğında, çoxu tutsi olan 800 mindən çox insan həyatını itirib.