Ukrayna Rusiyanın müvəqqəti ilhaq etdiyi ərazilərdə həyatını itirən 51 ukraynalı əsgərin cənazəsini qəbul edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiya Nazirliyindən bildirilib ki, döyüşlərdə həyatını itirən hərbçilərin cəsədləri Ukraynaya qaytarılıb:
“Bu gün 51 əsgərin cəsədi Ukraynaya gətirildi. Meyitlər müvafiq qurumların və beynəlxalq təşkilatların dəstəyi ilə müvəqqəti olaraq Ukraynanın işğal olunmuş ərazisindən göndərilib”.
Qeyd olunub ki, əsgərlərin cəsədlərinin qaytarılması Cenevrə konvensiyalarına uyğun həyata keçirilib.